Yuxarı

AFFA-da yeni yaradılan komitənin üzvlüyünə namizəd mütəxəssislərlə görüş keçirilib

Tədbirdə Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. "Report"un məlumatına görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər. 

Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb. 

Qeyd olunub ki, analoji müzakirələr mütəmadi aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi