Yuxarı
    Bağlamaq

    AFFA baş məşqçini cəzalandırıb

    Xəzər Lənkəran 2400 manat cərimələnib

    Bakı. 25 avqust. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan premyer Liqasının III turunda yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. "Report"un məlumatına görə, bu turda ən çox cəriməyə məruz qalan klub "Xəzər Lənkəran" olub.

    Lənkəranda keçirilən "Rəvan"la matç zamanı ev sahibi azarkeşlərin meydançaya kənar əşyalar atması kluba 2000 manata başa gəlib. Bundan başqa Elşən Rzazadə və Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün Cənub təmsilçisi 400 manat cərimələnib. Həmin görüşdə "Rəvan"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

    Premyer Liqanın III turunun AZAL – "Qarabağ" matçının 82-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 1000 manat cərimə olunub.

    "Qəbələ" – "Kəpəz" matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması nəticəsində klub 1000 manat ödəyəcək.

    "Zirə" və "İnter" matçında isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 1000 manat cərimə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi