Yuxarı
    Bağlamaq

    Azərbaycanda keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıq müzakirə olunub

    Görüşdə texniki direktorlar da iştirak edib

    Bakı. 13 aprel. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat məsələsi həllini tapıb. 

    Bu vəzifənin icrası Nazim Süleymanova həvalə olunub. Eyni zamanda U-17 yığmasının gələn il Azərbaycanda keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.

    Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2016-cı il Avropa çempionatının final mərhələsinə Azərbaycan millisi təşkilatçı ölkənin təmsilçisi kimi birbaşa qatılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi