Yuxarı

AFFA "Bakı" klubu futbolçularının maaşlarını fevralın 20-dən ödəməyə başlayacaq

Ödəniş may ayınadək davam edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ AFFA "Bakı" klubunun əsas və əvəzedici heyətlərinə maaşların verilməsinə fevralın 20-dən başlanacaq. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, həmin gün komanda üzvləri yanvar ayının maaşını alacaqlar. Y.Seyidov AFFA-nın "Bakı"ya əmək haqlarının ödənişini  may ayınadək davam etdirəcəyini bildirib. Ötən ildən qalan maaşlara gəldikdə klub rəsmisi imkan düşdükcə onların da ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, AFFA "Bakı"dakı maliyyə problemləri ilə əlaqədar komanda üzvlərinə maaş ödənişini mövsümün sonunadək öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi