AFFA Azərbaycanın ən titullu futbolçusunu 5 oyunluq cəzalandırıb

AFFA Azərbaycanın ən titullu futbolçusunu 5 oyunluq cəzalandırıb AFFA İntizam Komitəsi “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovu 5 oyunluq cəzalandırıb.
Futbol
4 Dekabr , 2019 13:43
AFFA Azərbaycanın ən titullu futbolçusunu 5 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovu 5 oyunluq cəzalandırıb.

“Report” xəbər verir ki, buna səbəb 46 yaşlı mütəxəssisin I divizionun XII turunda “Kəpəz”lə oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətməsidir. Klub buna görə 400 manat cərimə ödəməli olacaq.

Qurbanova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.

Qeyd edək ki, Mahmud Qurbanov Azərbaycanın ən titullu futbolçusudur. Onqat ölkə çempionu olan veteran futbolçu medallar və kuboklar nəzərə alınmaqla karyerasında 19 mükafat qazanıb.

Son xəbərlər

Orphus sistemi