Yuxarı

AFFA 4 komandanı Azərbaycan liqalarından kənarlaşdırıb

13 komandaya texniki məğlubiyyət verilib

Bakı. 24 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi 4 komandanı aşağı yaş qrupları üzrə liqalardan kənarlaşdırıb. "Report"un məlumatına görə, bunlar Yardımlı "Dinamo"sunun U-14 və U-13, "Lerik Zirvə"nin U-14 və "Sərhədçi"nin U-13 komandalarıdır.

Onlar müvafiq liqalarda 3-cü dəfə oyunlara çıxmadıqları üçün diskvalifikasiya ediliblər.

Ümumiyyətlə, ötən həftə U-14 liqasında 4, U-13 liqasında 2, U-11 liqasında 4, U-10 liqasında 3 oyunda komandaların iştirak etməməsi, yetər sayın olmaması və ya limitin pozulması səbəbindən texniki məğlubiyyətlər qeydə alınıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi