Yuxarı

AFFA 4 klubu və 2 futbolçunu cəzalandırıb

AFFA 4 klubu və 2 futbolçunu cəzalandırıb
Qəbələ 2400 manat cərimələnib
© Report

Bakı. 1 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının X turun matçlarından 3-ü ilə bağlı qərar çıxarılıb. 

"Report"un məlumatına görə, cəzalananlardan 4-ü klublar, 2-si futbolçulardır. 

“Səbail” komandası ilə oyunun 43-cü dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. “Neftçi” ilə görüşdə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən “Sumqayıt” klubu 800 manat ziyana düşüb. 

Eyni məbləğdə cərimə “Qəbələ” ilə matçda 7 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar "Zirə"yə kəsilib. Bu görüşün 43-cu dəqiqəsində “Qəbələ”nin kapitanı Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə İntizam Komitəsi Hüseynovu 3 oyun cəzaya, klubunu isə 2400 manat cəriməyə məruz qoyub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi