ABŞ Futbol Federasiyası Yurgen Klinsmanna böyük məbləğdə təzminat ödəyib

ABŞ Futbol Federasiyası Yurgen Klinsmanna böyük məbləğdə təzminat ödəyib Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsmanna 3,3 milyon dollar təzminat ödəyib.
Futbol
19 Fevral , 2019 16:30
ABŞ Futbol Federasiyası Yurgen Klinsmanna böyük məbləğdə təzminat ödəyib

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsmanna 3,3 milyon dollar təzminat ödəyib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə qurumun vergi bəyannaməsində bildirilir.

2011-ci ildə ABŞ yığmasının baş məşqçisi təyin olunmuş Y.Klinsmannın müqaviləsi 2013-cü ildə daha 5 il uzadılıb. Lakin o, 2016-cı ilin noyabrında istefaya göndərilib.

Qeyd edək ki, Yurgen Klinsmannı əvəzləyən və 2017-ci ilin oktyabrında qovulan Brüs Arenanın illik maaşı 900 min dollar olub. Müvəqqəti baş məşqçi Deyv Saraçan isə bir il üçün 223 min dollar alıb. Ötən ildən komandaya rəhbərlik edən Qreqq Berhalterin əmək haqqısının məbləği isə açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi