ABŞ-da ikiqat olimpiya çempionu içkili halda saxlanılıb

ABŞ-da ikiqat olimpiya çempionu içkili halda saxlanılıb Sabiq futbolçu gecəni polis idarəsində keçirib
Futbol
4 Aprel , 2016 14:32
ABŞ-da ikiqat olimpiya çempionu içkili halda saxlanılıb

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ milli komandasının keçmiş futbolçusu Ebbi Vambax Oreqon ştatının Portlent şəhərində saxlanılıb. "Report"un məlumatına görə, ikiqat olimpiya çempionu avtomobili içkili idarə etməkdə ittiham olunur.

Vambax qırmızı işıqda keçdikdən sonra polislərin əmri ilə dayandırılıb. 35 yaşlı idmançı polis idarəsinə aparılıb və alkoqol yoxlanışından keçib. Gecəni idarədə keçirdikdən sonra futbolçu evinə buraxılıb. O, polislə nəzakətli davranıb və əməkdaşlıq edib. Ardından Vambax "Facebook" səhifəsi vasitəsilə üzr istəyərək, baş verənlərdən tam məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, Ebbi Vambax idmançı karyerasını 2015-ci ilin oktyabrında başa vurduğunu açıqlayıb. O, ABŞ yığmasının heyətində Afina-2004 və London-2012-nin qalibi olub. 

Son xəbərlər

Orphus sistemi