ABŞ basketbolçusu ilin ən yaxşı idmançısı seçilib

ABŞ basketbolçusu ilin ən yaxşı idmançısı seçilib Lebron Ceyms ikinci dəfə bu ada sahib çıxıb
Futbol
28 Dekabr , 2016 14:02
ABŞ basketbolçusu ilin ən yaxşı idmançısı seçilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu ilin ən yaxşı idmançısının adı açıqlanıb. 

"Report"un məlumatına görə, "Associated Press"in tərtib etdiyi mükafat ABŞ-ın "Klivlend Kavalyerz" klubunun basketbolçusu Lebron Ceymsə verilib.

Səsvermədə 59 agentliyin redaktoru iştirak edib və onlardan 24-ü Ceymsi ən yaxşı adına layiq görüb. On altı səs üzgüçü Maykl Felpsə, doqquz səs isə atlet Useyn Bolta verilib.

Qeyd edək ki, bu, Lebron Ceymsin ikinci mükafatıdır. O, eyni mükafata 2013-cü ildə də sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi