ABŞ-a 21 kq narkotik maddə keçirtmək istəyən meksikalı futbolçu həbs olunub

ABŞ-a 21 kq narkotik maddə keçirtmək istəyən meksikalı futbolçu həbs olunub Daniel Qomesin avtomobilindən metamfetamin aşkarlanıb
Futbol
13 Aprel , 2017 13:57
ABŞ-a 21 kq narkotik maddə keçirtmək istəyən meksikalı futbolçu həbs olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Meksikanın “Txiuana” klubunun futbolçusu Daniel Qomes ABŞ-a narkotik maddə keçirtmək istəyərkən həbs olunub. 

“Report”un “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə San Dieqo rayonu ərazisində baş verib.

İyirmi dörd yaşlı müdafiəçi avtomobilindən 21 kq metamfetamin aşkarlandığı üçün saxlanılıb.

San Dieqo federal məhkəməsi ABŞ vətəndaşlığı olan futbolçu barəsində, araşdırma başa çatanadək həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Txiuana” Meksika Premyer Divizionunda çıxış edir və 13 turdan sonra 22 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi