Nihat Kahveci: "Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm"

Nihat Kahveci: "Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm" Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Abdullah Avcının Azərbaycan yığmasında baş məşqçi postuna namizəd olmasına münasibət bildirib.
Futbol
22 Fevral , 2020 15:07
Nihat Kahveci: Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Abdullah Avcının Azərbaycan yığmasında baş məşqçi postuna namizəd olmasına münasibət bildirib.

"Report"un məlumatına görə, Bakıda səfərdə olan 41 yaşlı sabiq hücumçu buna çox sevindiyini vurğulayıb.

"Abdullah Avcı əla məşqçidir. Onun Azərbaycan millisində namizəd olması bizim üçün qürurvericidir. Bu reallaşsa, çox sevinərəm. Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi