A Seriyası: "Roma" "Milan"ı məğlub edərək 2-ci pilləyə yüksəlib - VİDEO

A Seriyası: "Roma" "Milan"ı məğlub edərək 2-ci pilləyə yüksəlib - VİDEO Görüş 1:0 hesabı ilə başa çatıb
Futbol
13 Dekabr , 2016 02:41
A Seriyası: Roma Milanı məğlub edərək 2-ci pilləyə yüksəlib - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda "Roma" "Milan"la qarşılaşıb.

Oyun paytaxt klubunun 1:0-lıq qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 62-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Raca Nainqqolan vurub.

"Roma" bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Bu, komandanın ardıcıl üçüncü qələbəsi olub. "Milan" klubu üçüncü yerdə qərarlaşıb (32 xal). Çempionata 39 xal ilə Turinin "Yuventus" komandası liderlik edir.

Dekabrın 17-də keçiriləcək növbəti oyunda "Roma" səfərdə "Yuventus"la, "Milan" isə evdə "Atalanta" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi