Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Almaniya klubu ilə qarşılaşacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Almaniya klubu ilə qarşılaşacaq Sonrakı rəqib Qazaxıstan klubu olacaq
Futbol
9 Yanvar , 2017 15:31
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Almaniya klubu ilə qarşılaşacaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması yoldaşlıq oyunları keçirəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda yanvarın 12-də Almaniyanın "Rot Veys Erfurt" komandası ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Yanvarın 14-də isə yığma Qazaxıstanın "Okjetpes" klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi