Yuxarı

21 yaşadək Azərbaycan milli komandası Qana yığmasına məğlub olub

Qarşılaşma afrikalıların qələbəsi ilə yekunlaşıb - 2:1

Antalya. 25 Fevral. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində ikinci və son yoxlama matçını keçirib. "Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, rəqib Qananın eyni yaş üzrə yığması olub.

"Susesu" otelinin futbol meydanında baş tutan qarşılaşma afrikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının heyətində yeganə qolu 33-cü dəqiqədə Azad Kərimov vurub.

Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, Azərbaycanın əsas yığmasının baş məşqçisi Robert Prosineçki və köməkçiləri, eləcə də bir qrup menecer izləyib. Görüş yağışlı hava şəraiti altında baş tutub.

Bu, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın Antalya toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşü olub. İlk qarşılaşmada milli Qazaxıstan "Atırau"sunu yenib - 2:1.

Azərbaycan yığması görüşü bu heyətlə keçirib: 1. Şahruddin Məhəmmədəliyev, 15. Cəmil Hacıyev, 20. Azər Salahlı, 16. Elnur Cəfərov, 3. Azad Kərimov, 6. Vüqar Mustafayev, 17. Tellur Mütəllimov, 2. Ramil Məmmədov, 7. Taşkın İlter, 10. Coşqun Diniyev, 9. Orxan Əliyev

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 19. Fuad Bayramov, 5. Elvin Bədəlov, 18. Vadim Abdullayev, 4. Abbas Hüseynov, 23. Dəniz Topçu, 21. Elvin Camalov.

Oyun öncəsi yağan leysan yağışı üzündən matçın baş tutması sual altında olub. Amma artıq yağış tam kəsib. Bununla belə, görüş 10 dəqiqəyədək gec başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi