2018-ci il dünya çempionatı oyunlarının keçiriləcəyi stadionda yanğın olub - VİDEO

2018-ci il dünya çempionatı oyunlarının keçiriləcəyi stadionda yanğın olub - VİDEO "Volqoqrad Arena"nın isidici izolyasiya təbəqəsi və köpük plastik örtük yanıb
Futbol
14 İyun , 2017 12:42
2018-ci il dünya çempionatı oyunlarının keçiriləcəyi stadionda yanğın olub - VİDEO

Bakı. 14 iyun. REPORT.AZ/ İyunun 14-də səhər saatlarında Rusiyanın Volqoqrad şəhərindəki futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarının keçiriləcəyi stadionda yanğın olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində "Volqoqrad Arena"nın isidici izolyasiya təbəqəsi və köpük plastik örtük yanıb. Yanğın 100 kv. m. sahəni əhatə edib. Yanğınsöndürənlər yanğının miqyasının genişlənməsinin qarşısını ala biliblər.

Ölən və yaralanan yoxdur. Yanğının səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi