Yuxarı
    Bağlamaq

    ​2015-ci ilin ən yaxşı futbolçusu sorğusu üzrə Azərbaycandan verilən səslərin ünvanları məlum olub

    Siyahıda Messi, Ronaldu, Müller, Suares, Neymar və Levandovskininin adı var

    Bakı. 12 yanvar. REPORT.AZ/ 2015-ci ilin ən yaxşı futbolçusunun seçimi məqsədilə FİFA tərəfindən aparılan sorğuda Azərbaycandan verilən səslərin ünvanları məlum olub.

    "Report" xəbər verir ki, ən yaxşı qadın futbolçu seçiminə yalnız media nümayəndəsi kimi Lalə Dəmirova qatılıb.

    O, Amadin Anri, Yevgenia Lö Somme və Selia Şaşiçə səs verib.

    Ən yaxşı kişi futbolçunun seçimində isə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilk "3-lüy"ə Lionel Messi, Kriştianu Ronaldu və Tomas Mülleri, kapitan Rəşad Sadıqov Lionel Messi, Kriştianu Ronaldu və Luis Suaresi, jurnalist Rasim Mövsümzadə Neymar, Luis Suares və Robert Levandovskini daxil edib.

    Qeyd edək ki, ən yaxşı qadın futbolçu seçimində Karli Lloyd (ABŞ) 35,28 faiz, ən yaxşı kişi futbolçu seçimində isə Lionel Messi (Argentina) 41,33 faiz səslə qalib olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi