1994-cü il dünya çempionatının bürünc mükafatçısı vəfat edib

1994-cü il dünya çempionatının bürünc mükafatçısı vəfat edib Trifon İvanov 51 yaşında ikən ürək tutmasından keçinib
Futbol
13 Fevral , 2016 15:20
1994-cü il dünya çempionatının bürünc mükafatçısı vəfat edib

Bakı. 13 fevral. REPORT.AZ/ Futbol üzrə Bolqarıstan milli komandasının heyətində 1994-cü il dünya çempionatının bürünc mükafatını qazanmış Trifon İvanov dünyasını dəyişib. "Report"un məlumatına görə, sabiq müdafiəçi 51 yaşında ikən ürək tutmasından vəfat edib. 

O, özünü pis hiss edərək, yerə yıxılıb. Təcili yardım özünü hadisə yerinə vaxtında çatdıra bilməyib. 

Qeyd edək ki, əvvəllər də Trifon İvanovun səhhətində problemlər olub. Həkimlər ona arıqlamaq üçün pəhriz saxlamağı və siqareti atmağı məsləhət görüblər. Lakin veteran futbolçu məsləhətə əməl etməyib. İvanov Bolqarıstan tarixinin ən yaxşı müdafiəçilərindən sayılır.

Son xəbərlər

Orphus sistemi