Yuxarı

​17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Macarıstana yenə uduzub

Görüş 1:0 hesabı ilə başa çatıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. "Report"un məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda macarıstanlı həmyaşıdları ilə qarşılaşıb.

Bayıl stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar 2 gün öncə də üz-üzə gəliblər. Həmin oyunda Macarıstanın U-17 komandası 3:0 hesabı ilə qalib gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi