“Zirə” - “Şerif” matçı öncəsi mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib

“Zirə” - “Şerif” matçı öncəsi mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Futbol
15 iyul 2024 10:42
“Zirə” - “Şerif” matçı öncəsi mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

"Report" xəbər verir ki, ilk olaraq iyulun 17-də, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun "Dalğa Arena"da mətbuat konfransı baş tutacaq.

Bir saat sonra isə "Şerif"in baş məşqçisi Yuri Qura mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

"Zirə"nin media üçün açıq məşqi saat 18:45-də "Qarabağ Arena"da, "Şerif"in məşqi isə 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi