"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb

"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb “Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
14 Avqust , 2019 19:44
Zirə Parmanın sabiq futbolçusunu icarəyə götürüb

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib. 

Qeyd edək ki, A. Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.

Son xəbərlər

Orphus sistemi