“Zirə”nin sabiq legioneri: “Onların turnir cədvəlinə başçılıq etmələri sürpriz deyil”

“Zirə”nin sabiq legioneri: “Onların turnir cədvəlinə başçılıq etmələri sürpriz deyil” “Zirə”nin turnir cədvəlinə başçılıq etməsi mənim üçün sürpriz deyil”.
Futbol
27 Sentyabr , 2023 17:18
“Zirə”nin sabiq legioneri: “Onların turnir cədvəlinə başçılıq etmələri sürpriz deyil”

“Zirə”nin turnir cədvəlinə başçılıq etməsi mənim üçün sürpriz deyil”.

Bunu “Report”a açıqlamasında “Zirə”nin sabiq futbolçusu Nemanya Andelkoviç Bakı klubunun Premyer Liqada 7 turdan sonra 16 xalla birinci pillədə qərarlaşmasına münasibət bildirərkən deyib.

26 yaşlı serbiyalı müdafiəçi “qartallar”ın matçlarını izlədiyini bildirib: “Nəticələri kifayət qədər uğurludur. Yalnız “Qəbələ”yə məğlub olacaqlarını düşünmürdüm. Məncə, “Zirə” çempionluq uğrunda mübarizə aparmaq iqtidarındadır. Bunu bacarıb-bacarmayacaqlarını mövsümün gedişində görəcəyik”.

Mərkəz müdafiəçisi gələcəkdə yenidən Azərbaycanda oynamaq variantını istisna etməyib: “Yaşım elə də çox deyil. Məncə, gələcəkdə Azərbaycana qayıtmaq ehtimalım ola bilər. Çünki Azərbaycan çox xoşuma gələn ölkədir. Üç il orada yaşadım, insanlardan xoş münasibət gördüm. Nə vaxtsa Bakıya qayıdacağıma inanıram”.

Qeyd edək ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Zirə”nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi