"Zirə" "Neftçi"ni yenərək, liderliyə yüksəldi

"Zirə" "Neftçi"ni yenərək, liderliyə yüksəldi Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.
Futbol
3 Oktyabr , 2020 17:54
Zirə Neftçini yenərək, liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" Zirə İdman Kompleksinin stadionunda yerli komandanın qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+5-ci dəqiqədə Voyislav Stankoviçin müdafiə xəttindəki kobud səhvindən sonra Davit Volkov vurub. 

Bununla da xalını 10-a çatdıran "Zirə" liderliyə yüksəlib. "Neftçi" 7 xalla 4-cü pillədə qalıb. 

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları da heç-heçə oynayıblar - 1:1. Dünən keçirilən açılış oyununda "Keşlə" səfərdə "Sabah"a qalib gəlib. "Qarabağ" - "Səbail" görüşü isə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi