"Zirə" klubu legioneri ilə vidalaşıb

"Zirə" klubu legioneri ilə vidalaşıb "Zirə" klubu futbolçusu Brayan Alseusla yollarını ayırıb.
Futbol
20 May , 2022 19:02
Zirə klubu legioneri ilə vidalaşıb

"Zirə" klubu futbolçusu Brayan Alseusla yollarını ayırıb.

"Report"un paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, haitili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Qartallar" 26 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Brayan Alseus bu ilin yanvarından "Zirə"də çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi