​"Zirə" klubu avrokuboklarda iştirak etməyəcək

​"Zirə" klubu avrokuboklarda iştirak etməyəcək Elxan Məmmədov: "Biz dəfələrlə bu məsələni qaldırmışıq, amma qanun hər kəs üçündür"
Futbol
18 Aprel , 2016 16:57
​Zirə klubu avrokuboklarda iştirak etməyəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşan "Zirə" klubu avrokuboklarda iştirak etməyəcək. AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a verdiyi məlumata görə, milli assosiasiya tərəfindən UEFA-ya müraciətlər edilsə də, Avropa futbol qurumunun öz qaydaları var. 

"Bu qaydalarda da həmin məsələ qeyd olunub. Biz dəfələrlə bu məsələni qaldırmışıq, amma qanun hər kəs üçündür. Premyer Liqada iştirak etməzdən öncə "Zirə" rəhbərliyinin bu şərtlərdən xəbəri var idi", - deyə E.Məmmədov bildirib.

Baş katib avrokuboklardan birillik diskvalifikasiya edilən və apellyasiya şikayəti verən "İnter"ə isə heç cür kömək edə bilməyəcəklərini söyləyib: "Çünki bu məsələ "İnter" və İdman Arbitraj Məhkəməsi arasındadır".

Qeyd edək ki, UEFA qaydalarına əsasən, Avropa kuboklarında iştirak etmək üçün klub ən azı 3 il fəaliyyətdə olmalıdır. "Zirə" isə cəmi 2 ildir fəaliyyət göstərir.  

Son xəbərlər

Orphus sistemi