"Zirə" braziliyalı qapıçı aldı

"Zirə" braziliyalı qapıçı aldı "Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirir.
Futbol
28 Avqust , 2020 09:31
Zirə braziliyalı qapıçı aldı
Mateus Albino Carneiro

Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirir.

"Report" "Portalcambe" nəşrinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. 25 yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən "Londrina" ilə müqaviləsini ləğv edir. 

Mateus Albino Carneiro "Zirə"yə keçidi barədə bunları söyləyib: "Xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropa futbolunda oynamağı arzu etmişəm. "Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada yaşadığım hər şeydən çox məmnun idim. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəyəm". 

Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından "Londrina"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi