"Zirə" braziliyalı hücumçu ilə müqaviləni uzatdı

"Zirə" braziliyalı hücumçu ilə müqaviləni uzatdı "Zirə” futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.
Futbol
12 İyul , 2021 18:40
Zirə braziliyalı hücumçu ilə müqaviləni uzatdı
Felipe Pahtman

"Zirə” futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququ alınmaq şərtilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

21 yaşlı forvardın transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Felipe Pahtman peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi