"Zirə" 5 yoxlama görüşü keçirəcək
Futbol
- 10 iyun, 2016
- 06:20
Bakı. 10 iyun. REPORT.AZ/ "Zirə" futbol klubunun yeni mövsümə hazırlıq planı məlum olub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" iyunun 20-də bir araya gələcək.
Əvvəlcə komanda üzvləri, iki günlük tibbi müayinədən keçəcəklər. Məşqlərə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürovun rəhbərliyi altında hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Komanda iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə" iki yoxlama oyununda da qüvvəsini sınayacaq.
İyulun 16-da "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.
Son xəbərlər
13:53
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
Komanda13:52
Dünya Bankı və işgüzar dairələr Orta Dəhlizin perspektivlərini müzakirə edib
İnfrastruktur13:48
Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"
Formula 113:45
"Red Bull" pilotu İsak Hacar: "Bakıda qalib gəlmək istəyirəm"
Formula 113:41
Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Digər ölkələr13:34
Tokayev Yerlan Koşanovu Qazaxıstan Xalq Şurasının sədri vəzifəsinə namizəd irəli sürüb
Region13:27
Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Biznes13:19
Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib
Digər ölkələr13:08
Foto