Zidan yayda "Real Madrid"i tərk edə bilər

Zidan yayda "Real Madrid"i tərk edə bilər AS nəşri 49 yaşlı mütəxəssisin Yoahim Löv və ya Raul Qonsaleslə əvəzlənə biləcəyini yazıb
Futbol
9 Aprel , 2021 18:50
Zidan yayda Real Madridi tərk edə bilər
Zinəddin Zidan

İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda istefa verməyi düşünür.

"Report" "TeleMadrid"ə istinadən xəbər verir ki, fransalı mütəxəssis son vaxtlar mətbuatda qovulacağı ilə bağlı yayılan məlumatlardan məmnun deyil.

Onun mümkün gedişinin səbəbinin mənəvi yorğunluq olduğu bildirilib.

Daha əvvəl AS nəşri 49 yaşlı mütəxəssisin Yoahim Löv və ya Raul Qonsaleslə əvəzlənə biləcəyini yazıb.

Qeyd edək ki, Zinəddin Zidan 2019-cu ildən "Real Madrid"in sükanı arxasındadır. O, 2016 - 2018-ci illərdə də komandanın baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi