"Real Madrid" Zidanın dönüşündən sonra ilk matçında qələbə qazanıb - VİDEO
Futbol
- 16 mart, 2019
- 19:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real Madrid" komandası baş məşqçi postuna qayıdan Zinəddin Zidanın rəhbərliyi altında ilk matçında qələbə qazanıb.
"Report"un məlumatına görə, "kral klubu" La Liqasının XXVIII turunda "Santyaqo Bernabeu"da "Selta" ilə keçirdiyi görüşdə inamlı qələbə qazanıb - 2:0. İlk topu 62-ci dəqiqədə Kərim Benzemanın ötürməsindən sonra İsko vurub. 77-ci dəqiqədə isə Qaret Beyl Marselonun ötürməsini qola çevirib.
Bu qələbə sayəsində xallarını 54-ə çatdıran "Real Madrid" 3-cü pillədə yer alıb. 25 xala malik "Selta" isə 18-cidir.
Qeyd edək ki, Zinəddin Zidan "kral klubu"nun sükanı arxasına martın 11-də qayıdıb. Fransalı mütəxəssis 2016 - 2018-ci illərdə də bu komandaya rəhbərlik edib.
"Real Madrid" Zidanın dönüşündən sonra ilk matçında qələbə qazanıb - VİDEO
Son xəbərlər
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
21:12
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Digər ölkələr