Zidan: "Bu, yaxşı "El Klassiko" idi, onun yalnız qolları çatışmadı"

Zidan: "Bu, yaxşı "El Klassiko" idi, onun yalnız qolları çatışmadı" Barselona ilə matçda biz daha çox şeyə layiq idik. Oyun qurtarıb və heçnə etmirsən.
Futbol
19 Dekabr , 2019 05:52
Zidan: Bu, yaxşı El Klassiko idi, onun yalnız qolları çatışmadı

"Barselona" ilə matçda biz daha çox şeyə layiq idik. Oyun qurtarıb və heçnə etmirsən".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan "Barselona" ilə oyun barəsində danışarkən deyib.

"Nou Kamp"da oynamaq çətindir. Mən öz futbolçularına təşəkkür etmişəm. Biz qol vurmadıq, amma əsas odur ki, anlar yaratdıq, biz reallaşdırma üzərində işləməliyik", - deyə baş məşqçi qeyd edib.

O, oyundan razı qaldığını bildirib. "Biz yaxşı matç keçirdik və hamımız diqqətimizi 90 dəqiqəyə cəmləmişdik. Bu, yaxşı "El Klassiko" idi, onun yalnız qolları çatışmadı", - Zidan əlavə edib.

Hər iki komanda son matçdan sonra 36 xal yığıb. Halbuki turnir cədvəlində onların ən yaxın təqibçisi "Sevilya" 31 xal toplaya bilib. Bununla belə, çempionatın lideri "Barselona"dır. Kataloniyalılar daha çox qol vurublar. 

Son xəbərlər

Orphus sistemi