Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub.
"Report"un "Euro Foot" nəşrinə istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı da yer alıb.
Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.
İlk "üç-lüy"ü Portuqaliya "Benfika"sından Qonsalu Ramuş (12 qol) qapayır.
Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.