Zəfər Kuboku böyükhesablı qələbə ilə başlayıb

Zəfər Kuboku böyükhesablı qələbə ilə başlayıb İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokuna start verilib
Futbol
4 May , 2022 15:01
Zəfər Kuboku böyükhesablı qələbə ilə başlayıb

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokuna start verilib.

"Report"un məlumatına görə, turnirin açılış oyununda "Zəngilan" və "Ağdam" komandaları üz-üzə gəlib.

D qrupundakı qarşılaşma "Ağdam"ın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Xanoğlan İmanov (3), Şəfail Baxşıyev (3), Mirbağırağa Cəfəri (2), Elvin Rüstəmov və Faiq Tahirov vurub.

Zəfər Kuboku 

4 may

D qrupu, I tur

"Zəngilan" - "Ağdam" - 0:10

Qrupun növbəti oyunlarında "Ağdam" mayın 15-də, "Zəngilan" isə mayın 22-də "Xankəndi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Son xəbərlər

Orphus sistemi