“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır”

“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır” Bakı. 27 noyabr. REPORT.AZ/ İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Massimiliano Alleqri futbol üzrə Çempionlar Liqasındakı (ÇL) favoritini açıqlayıb.
Futbol
27 Noyabr , 2018 11:53
“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır”

Bakı. 27 noyabr. REPORT.AZ/ İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Massimiliano Alleqri futbol üzrə Çempionlar Liqasındakı (ÇL) favoritini açıqlayıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis İspaniya “Valensiya”sı ilə V tur oyundan əvvəl digər La Liqa təmsilçisi “Barselona”nı bir addım öndə gördüyünü bildirib. Alleqri özlərini də iddialılar sırasına daxil edib: “Fikrimcə, turnirin qalibi olmağa “Barselona” favoritdir. Həmçinin biz də daxil olmaqla, daha 3 klub iddialıdır. Bir müddət əvvəl “Real Madrid”i favorit adlandırmışdım. İndi isə bu qismdə “Barselona”nı görürəm. Ümid edirəm ki, bu dəfə səhv edəcəyəm”.

Son 3 mövsümdə ÇL-in qalibi “Real Madrid” olub.

Qeyd edək ki, 4 turdan sonra “Yuventus” 9 xalla H qrupunun lideridir.

Son xəbərlər

Orphus sistemi