"Yuventus" "Sampdoriya"nı darmadağın etdi

"Yuventus" "Sampdoriya"nı darmadağın etdi "Yuventus" klubu İtaliya A Seriyasının ilk tur matçında "Sampdoriya"nı qəbul edib. "Report"un məlumatına görə, Turindəki "Alyans - Yuventus" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Futbol
21 Sentyabr , 2020 00:49
Yuventus Sampdoriyanı darmadağın etdi

"Yuventus" klubu İtaliya A Seriyasının ilk tur matçında "Sampdoriya"nı qəbul edib. "Report"un məlumatına görə, Turindəki "Alyans - Yuventus" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. 

Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştianu Ronaldu oyunda son nöqtəni qoyub. 

Turun əvvəlki görüşləri belə nəticələnib:

"Fiorentina" - "Torino" - 1:0
"Verona" - "Roma" - 0:0
"Parma" - "Napoli" - 0:2
"Cenoa" - "Krotone" - 4:1
"Sassuolo" - "Kalyari" - 1:1

Tura sentyabrın 21-də keçiriləcək "Milan" - "Bolonya" matçı ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi