"Yuventus" rəhbərliyi Remsi ilə maraqlandığını təsdiq edib

"Yuventus" rəhbərliyi Remsi ilə maraqlandığını təsdiq edib Bakı. 2 yanvar. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun idman direktoru Fabio Paratiçi turinlilərin London Arsenalının yarımmüdafiəçisi Aaron Remsi ilə maraqlanmaqları ilə bağlı xəbərə münasibət bildirib.
Futbol
2 Yanvar , 2019 18:59
Yuventus rəhbərliyi Remsi ilə maraqlandığını təsdiq edib

Bakı. 2 yanvar. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun idman direktoru Fabio Paratiçi turinlilərin London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə maraqlanmaqları ilə bağlı xəbərə münasibət bildirib.

“Report” xəbər verir ki, Paratiçinin sözlərini "Sky Sport Italia" nəşrinə istinadən "Football Italia" sitat gətirib.

"Remsi çox yaxşı oyunçudur, o bizim çox xoşumuza gəlir və yaxşı komandada çıxış edir. Onun müqaviləsi başa çatır. Biz bazarı həmişə diqqətlə izləyirik və Aaronla bağlı vəziyyət də istisna olmadı. Təkrar edirəm, hazırda Remsi "Arsenal"ın futbolçusudur və biz onu əldə etmək istəyən yeganə klub deyilik", - deyə məlumatda bildirilir.

Daha əvvəl "Yuventus"un Remsi ilə müqavilənin şərtlərini razılaşdırdığı məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi