"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib

"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib Bakı. 8 dekabr. REPORT.AZ/ Turinin Yuventus klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda Milan İnterini məğlub edib.
Futbol
8 Dekabr , 2018 04:42
Yuventus ölkə çempionatında İnteri məğlub edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Turinin "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda Milan "İnter"ini məğlub edib.

“Report” xəbər verir ki, Turinin "Alyans — Yuventus" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi xorvatiyalı hücumçu Mario Mancukiç olub. O, komandasına qələbə gətirən qolu 66-cı dəqiqədə portuqaliyalı müdafiəçi Joau Kanselunun məhsuldar ötürməsindən sonra vurub.

Bu qələbə sayəsində "Yuventus" cari İtaliya çempionatı mövsümündə məğlubiyyətsizlik seriyasını davam etdirib. Massimiliano Alleqrinin yetirmələri 15 oyunda 14 qələbə1 heç-heçəyə nail olublar. "İnter" isə son dörd qarşılaşmada 2-ci məğlubiyyətini alıb.

Turin komandası hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir, Milan klubu isə 29 xalla üçüncüdür.

Son xəbərlər

Orphus sistemi