"Yuventus" Canluici Buffonun əvəzinə yeni qapıçı alıb
- 08 iyun, 2018
- 18:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu "Cenoa"nın qapıçısı Mattia Perini transfer edib.
"Report"un Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı qolkiperlə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb.
"Qoca Sinyora" bu keçid qarşılığında yaxın 3 il ərzində Genuya klubuna hissə-hissə 12 milyon avro ödəyəcək. Oyunçunun çıxışından asılı olaraq, "Yuventus" "Cenoa"nın hesabına daha 3 milyon avro köçürə bilər.
Perin yetirməsi olduğu Genuya komandasının əsas heyətində 2010-cu ildə debüt edib. İtaliyalı qolkiper ötən mövsüm A Seriyasında 37 oyunda çıxış edib və 11 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, daha əvvəl "Yuventus"u 40 yaşlı qapıçı Canluici Buffon tərk edib. O, karyerasını Fransa PSJ-sində davam etdirə bilər.