Yunanıstan Kubokunun finalı partlayıcıya görə təxirə salındı

Yunanıstan Kubokunun finalı partlayıcıya görə təxirə salındı Futbol üzrə Yunanıstan Kubokunda "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan final oyunu təxirə salınıb.
Futbol
22 İyul , 2020 02:29
Yunanıstan Kubokunun finalı partlayıcıya görə təxirə salındı

Futbol üzrə Yunanıstan Kubokunda "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan final oyunu təxirə salınıb. 

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna Afinadakı "Georgios Kamaras" stadionu yaxınlığında partlayıcı qurğunun tapılması səbəb olub. 

Qarşılaşmanın iyulun 26-da təşkili planlaşdırılırdı. Yeni tarix yaxın vaxtlarda açıqlanacaq. Təxirəsalma qərarı təşkilatçıların oyun iştirakçılarına təhlükəsizlik təminatı verə bilməmələri ilə əlaqədar qəbul olunub. 

Qeyd edək ki, "Olimpiakos" bu mövsüm Yunanıstan çempionu olub. AEK isə Superliqanı 3-cü pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi