Yohan Valem: "Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu"

Yohan Valem: "Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu" "Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu".
Futbol
9 Sentyabr , 2020 01:28
Yohan Valem: Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu
Yohan Valem

"Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu".

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

48 yaşlı mütəxəssis ilk hissədə pis oynadıqlarını bildirib: "Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik".

Belçikalı baş məşqçi Azərbaycanla matçda bəzi şeylərin yolunda getmədiyini söyləyib: "Rəqiblə eyni səviyyədə deyildik. Onlar meydana daha istəkli çıxmışdılar. Mövqe səhvlərimiz oldu, rəqibin oynadığı sistemlə bacarmadıq. Bu, isə bizə problem yaratdı. Futbolçularım onlardan nə istədiyimi bilməli, özlərinə inanmalıdırlar. Verilən tapşırıqları düzgün yerinə yetirəndə onlardan narazı qala bilmərəm".

Y.Valem fasilədə futbolçularla etdiyi söhbəti də mətbuata açıqlayıb: "Onlara dedim ki, ilk hissəni unudun və ikinci 45 dəqiqəyə köklənin. Komandamızda ciddi dəyişikliklər olub. Bizə vaxt lazımdır. Heç vaxt öz oyunçularımı günahlandırmaram. Oyunumuzu mükəmməlləşdirdikdən sonra axtardığımız lider oyunçular üzə çıxacaqlar. Oktyabrda daha iki oyunumuz var. Gələcək planları müəyyənləşdirib oyunumuzu yaxşılaşdırmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi