Yeni formatlı Avropa çempionatının 1-ci mərhələsində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib
- 03 dekabr, 2019
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının da tətbiqinə başlayacaq.
"Report" xəbər verir ki, indiyədək təşkil olunan qitə birinciliklərindən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.
Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 Avropa çempionatının final mərhələsi isə 2022-ci ildə olacaq.
Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Rəqiblər Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.