İngiltərə Premyer Liqasında yaşlı insanların oyunlara gəlməsi qadağan oluna bilər

İngiltərə Premyer Liqasında yaşlı insanların oyunlara gəlməsi qadağan oluna bilər İngiltərə Premyer Liqası koronavirusun yayılması ilə əlaqədar yeni məhdudiyyət tətbiq edə bilər.
Futbol
7 Mart , 2020 12:51
İngiltərə Premyer Liqasında yaşlı insanların oyunlara gəlməsi qadağan oluna bilər

İngiltərə Premyer Liqası koronavirusun yayılması ilə əlaqədar yeni məhdudiyyət tətbiq edə bilər.

"Report" "Mirror"a istinadən xəbər verir ki, yarışın rəhbərliyi statistikaya görə, xəstəliyə ən çox həssas olan 70 yaşdan yuxarı insanların matçlara buraxılmaması variantını nəzərdən keçirir.

Belə bir məhdudiyyət tətbiq olunarsa, "Kristal Pelas"ın baş məşqçisi Roy Hodjson oyunlara qatıla bilməyəcək. Hazırda onun 73 yaşı var. Beləliklə, London təmsilçisi bir neçə oyuna baş məşqçisi olmadan çıxa bilər.

Bundan əlavə İngiltərə Premyer Liqasında oyunlardan əvvəl əl ilə görüşmələr qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi