İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu penaltidən vurulan qolların sayına görə XXI əsrin ən sərrast oyunçusudur.
"Report" "GiveMeSport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu 2000-ci ildən indiyədək 11 metrlik cərimə zərbəsindən 114 qol vurub.
İkinci pillədə İspaniya "Barselona"sının kapitanı Lionel Messi və İtaliya "Roma"sının əfsanəsi Françesko Totti yer alıb. Onların aktivində 75 dəqiq penalti zərbəsi var.
İlk "3-lüy"ü isə 64 qolla "Milan"ın isveçli forvardı Zlatan İbrahimoviç tamamlayır.
"Onluq"da sabiq "Çelsi"li Frenk Lempard (50), Fransa PSJ-sinin keçmiş hücumçusu Edinson Kavani (48), İngiltərənin "Liverpul" klubunun əfsanəsi Stiven Cerrard (46), eks-"Yuventus"lu Alessandro Del Pyero, braziliyalı ulduz Ronaldinyo (hər ikisi 44) və İngiltərənin "Mançester Siti" komandasının forvardı Serxio Aqüero (41) var.