Xulen Lopetegi: "Qarabağ" qrupdan çıxmağa layiq idi"

Xulen Lopetegi: "Qarabağ" qrupdan çıxmağa layiq idi" Qarabağın oyuna 5 müdafiəçi ilə çıxması mənim üçün gözlənilməz oldu. Açığı, buna təəccübləndik. Normalda 4 müdafiəçi ilə oynayırlar. Buna baxmayaraq oyunu yaxşı oxudular.
Futbol
29 Noyabr , 2019 02:37
Xulen Lopetegi: Qarabağ qrupdan çıxmağa layiq idi
Foto: "Report"

"Qarabağ"ın oyuna 5 müdafiəçi ilə çıxması mənim üçün gözlənilməz oldu. Açığı, buna təəccübləndik. Normalda 4 müdafiəçi ilə oynayırlar. Buna baxmayaraq oyunu yaxşı oxudular".

"Report"un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunları "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

53 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" qrupdan çıxmağa layiq idi: "Müdafiədə iki səhvə yol verdilər. Daha çox müdafiə olunduqları üçün böyük qüvvə ilə hücuma çıxa bilmədilər. Ona görə də qol şansları az oldu. 

"Qarabağ" neçə ildir avrokuboklarda qrup mərhələsində çıxış edir. Milli çempionatlarında bütün rəqiblərindən bir baş üstündürlər. Ona görə də Avropada inamlı təsir bağışlayırlar. "Qarabağ" qrupdan çıxmağa layiq idi".

Son xəbərlər

Orphus sistemi