Xorxe Messi: "Lionel Messinin "Barselona"da qalması çətin olacaq"

Xorxe Messi: "Lionel Messinin "Barselona"da qalması çətin olacaq" İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin atasıXorxe Messi oğlunun komandadakı taleyinə münasibət bildirib .
Futbol
2 Sentyabr , 2020 15:01
Xorxe Messi: Lionel Messinin Barselonada qalması çətin olacaq
Xorxe Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin atası Xorxe Messi oğlunun komandadakı taleyinə münasibət bildirib . 

"Report" "El Chiringuito" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında 33 yaşlı hücumçunun gələcəyi ilə bağl qısa danışıb. X.Messi deyib ki, Lionel Messinin Kataloniya təmsilçisində qalması çətin olacaq. 

Xorxe Messinin "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşəcəyi gözlənilir. 

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə razılaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi