Xorvatiya yığmasının baş məşqçisi: Ağır məğlubiyyət oldu, buna layiq idik
Futbol
- 15 iyun, 2024
- 20:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağır məğlubiyyət oldu, buna layiq idik.
"Report" xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İspaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik edib: "Oyun zamanı gücümüz tükənmişdi. İlk 15 dəqiqədə yaxşı mübarizə aparsaq da, sonradan durğunluq yarandı. Həqiqətən bizim üçün çox pis oyun alındı. Harada səhv etdiyimizi müzakirə edəcəyik. Qarşıda bizi Albaniya ilə çətin oyun gözləyir. Hədəfimiz 3 xal qazanmaq olacaq".
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun ilk matçında Xorvatiya İspaniya yığmasına 0:3 hesabı ilə məğlub olub.
Son xəbərlər
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region