Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib

Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib Xorvatiya milli komandasının və İtaliyanın İnter klubunun futbolçusu Marselo Brozoviç zədələnib.
Futbol
11 Mart , 2019 10:32
Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib

Xorvatiya milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Marselo Brozoviç zədələnib. 

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi A Seriyasının XXVII turunda evdə "Spal"a 2:0 hesabı ilə qalib gəldikləri görüşün 42-ci dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alıb. Oyuna davam edə bilməyən Brozoviçi Antonio Kandreva əvəzləyib.

Xorvatiyalı futbolçunun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstanla isə martın 24-də Budapeştdə qarşılaşacaq. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi