Xorvatiya - Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava olub - VİDEO
Futbol
- 10 oktyabr, 2019
- 12:46
AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava düşüb.
“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, dünən axşam və bu gün səhər tərəfdarlar matçın baş tutacağı Split şəhərində dalaşıblar. Nəticədə qonaqların bir azarkeşi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.
İnsidentlərə görə 5 nəfər xorvatiyalı, 1 nəfər isə macarıstanlı fanat saxlanılıb.
Qeyd edək ki, bu gün “Polyud” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya Azərbaycan millisinin də yer aldığı E qrupunda 10 xalla liderdir. Macarıstan isə 9 xalla Slovakiya ilə növbəti iki pilləni bölüşür.
Xorvatiya - Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava olub - VİDEO
Son xəbərlər
18:40
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Xarici siyasət18:32
Metroda cibgirlik edən şəxs saxlanılıb
Hadisə18:20
İsrail ordusu Tehranda 16 təyyarəni məhv edib
Digər ölkələr18:09
Naxçıvanda 6159 qadın aktiv fiziki şəxs kimi fəaliyyət göstərir
Biznes17:59
Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib
Hadisə17:57
İran ABŞ və İsrail zərbələrinin nəticələrini əks etdirən fotolara görə vətəndaşları sərt tədbirlərlə hədələyib
Digər ölkələr17:53
Foto
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb
İdman17:45
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Digər ölkələr17:33