​"Xəzər Lənkəran" Türkiyəyə yollanıb

​"Xəzər Lənkəran" Türkiyəyə yollanıb Elbrus Məmmədov Antalya bölgəsinə 21 futbolçu ilə yollanıb
Futbol
6 Yanvar , 2015 10:00
​Xəzər Lənkəran Türkiyəyə yollanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın "Xəzər Lənkəran" futbol komandası qış təlim-məşq toplanışını keçirmək üçün bu gün Türkiyənin Antalya bölgəsinə yola düşüb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Elbrus Məmmədov Antalya bölgəsinə 21 futbolçu ilə yollanıb.

E.Məmmədov mövsümün ilk yarısından sonra saxlanılan heyətə əvəzedici komandadan 8 yeni futbolçu - İlyas Səfərzadə, Ruslan Cəfərov, Elnur İsmailov, Maqsum Qəmbərli, İlqar Ələkbərov, Elşən Rzazadə, Elsevər Bəkirzadə və Nurxan Mənsimzadəni cəlb edib. Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığmasının heyətində Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində olan Elnur Cəfərov isə yarışı başa vurduqdan sonra birbaşa Türkiyəyə yollanacaq. Əvəzində "Sumqayıt"la icarə müqaviləsi başa çatan Orxan Əliyev Antalyaya aparılmayıb. 

Qeyd edək ki, Antalyanın Belek bölgəsində yerləşən "Crystal Tat Beach" hotelində məskunlaşacaq komanda 20 günlük toplanış çərçivəsində 5 yoxlama oyununa çıxacaq. 

Son xəbərlər

Orphus sistemi