Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq

Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq.
Futbol
22 İyun , 2024 21:01
Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq

Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq.

"Report"un məlumatına görə, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Çexiya ilə heç-heçə (1:1) etdikləri Avropa çempionatının qrup mərhələsinin II turunun oyunundan sonra deyib.

"Bilirik ki, biz Avropa çempionu olmayacağıq. Fasilədə paltardəyişmə otağında hisslər qarışıq idi. Çünki qalibiyyət əldə etmək imkanımız oldu. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi